Münçausen sindromu şəxsin xəstə kimi davrandığı və ya qəsdən xəstəlik simptomları göstərdiyi psixopatoloji haldır. Sindroma sahib insanların əsas məqsədi başqa insanların diqqət mərkəzində olmaq üçün "xəstə rolu" nu öz üzərinə götürməkdir.
Əsas davranışları:
- Psixoloji simptomları olduğunu iddia etmək-məsələn, səslər eşitdiyini və ya mövcud olmayan şeyləri gördüyünü iddia etmək.
- Fizioloji simptomlar-məsələn, sinə və ya mədə ağrılarının olması iddiası.
- Aktiv şəkildə xəstələnməyə çalışmaq-məsələn, mövcud yarasını çirkləndirərək infeksiyaya səbəb olmaq.
İpoxondriyadan(xəstəlik xəstəliyi) fərqli olaraq münçausen xəstəliyinə sahib insanlar xəstə olmadıqlarını ən az həkimlər qədər bilirlər, amma xəstə rolu oynamağa davam edirlər.
Bəzi sindromlu insanlar müxtəlif xəstəliklər uyduraraq onlarla xəstəxana gəzirlər. Yalan danışdıqları aşkar edildikdə gözlənilmədən həmin xəstəxananı tərk edib başqasına gedirlər.
Səbəb olan faktorlar:
- Valideynlərin laqeydliyi, tərk etməyi və ya digər uşaqlıq dövrü travmaları.
Şəxsiyyət pozuntusu:
Məsələn, Antisosial şəxsiyyət pozuntusuna sahib insan həkimləri manipulyasiya etməkdən və aldatmaqdan zövq aldıqları üçün bu rolu oynayırlar. Və ya Narsistik şəxsiyyət pozuntusuna sahib şəxs özünü xüsusi insan kimi görür və dəyərsizlik duyğusundan qorxduğu üçün diqqət mərkəzində olmağa can atır.
- Nüfuzlu şəxslərə və ya səhiyyə işçilərinə qarşı kin
- Özünü pis insan olaraq gördüyü üçün bədənini cəzalandırma məcburiyyətində hiss etmək.
Diaqnozu qəbul etmədikləri üçün bu insanlarla terapiya çətin irəliləyir, lakin terapevtik metodlarla müsbət nəticələr almaq mümkündür.
Psixoloq Firuzə Qənizadə
Tags: Psixoloq Firuzə Qənizadə Münçausen dinromu humel psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi Psixoloji problemlər travmaların səbəbləri psixoloq dəstəyi psixoloji dəstək psixologiya merkezi
Write a comment